Daha 78 yoluxma faktı qeydə alınıb

0
49

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına daha 78 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər həyatını itirib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.