Mingəçevirdə xəstə və imkansız ailələrə yardım olunur

0
469

Bu gün Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər nümayəndəliyi Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivinin iştirakı ilə imkansız ailələrə yardım edib. Belə ki, Mingəçevirdə yaşayan xəstə, yaşlı imkansız 30-a yaxın ailəyə ərzaq paylanılıb. Ərzağın paylanılmasında məktəbin müəllimləri də fəallıq göstəriblər.

Esmira Hidayətova, Mingəçevir