İddiaçılar turniri yarımçıq dayandırılıb

0
38

Martın 26-da Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turniri yarımçıq dayandırılıb.Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.

Turnirin bərpa ediləcəyi tarix açıqlanmayıb. Yarışın səkkizinci turdan davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, Yan Nepomnyaşi və M.Vaşe-Laqrav 4,5 xalla 7 turdan sonra turnirdə birinci və ikinci yerləri bölüşürlər. Yarışın digər iştirakçıları, A.Giri, A.Qrişuk, F.Karuana 3,5, K.Alekseyenko və L.Dinq 2,5 xal toplayıblar.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.