“Milli həmrəylik, məsuliyyət, milli birlik bu xəstəliyə qalib gəlməyə imkan verəcək”

0
142

Mingəçevir şəhər İcra Hakimiyyəti və şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərdə əhali arasında  koronavirusla bağlı maarifləndirici söhbətlər aparılır. Belə ki, onlar Prezident İlham Əliyevin tapşırığına əsasən koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işlərinin aparıldığını, respublikada, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik tədbirlərin gücləndirildiyini söyləyiblər. Onlara  koronavirus nədir, bu virusun yoluxma yolları, törədicisi, simptomları, virusa qarşı həyata keçirilən profilaktik tədbirlər, xəstəliyin müalicəsi və vaksin haqqında geniş məlumat veriblər. Onlar, həmçinin bildiriblər ki, Azərbaycan bir çox ölkələrdən fərqli olaraq koronavirusun yayılması ilə bağlı çağırışları ilk gündən ciddi təhlükə kimi qəbul edib və qarının alınması istiqamətində ciddi tədbirlər həyata keçirməyə başlayıb. Belə ki, Azərbaycan dövləti təhlükənin yarandığı ilk günlərdən nəinki öz vətəndaşlarının həyati təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz addımlar atıb, üstəlik qlobal məsuliyyətini dünyanın bir sıra aparıcı ölkələrindən daha çox dərk etdiyini də nümayiş etdirib.

Sadəcə, hər kəs məsuliyyətli olmalı. Üzərinə düşənləri əməl etməldiri.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Milli həmrəylik, məsuliyyət, milli birlik bu xəstəliyə qalib gəlməyə imkan verəcək”.

Esmira Hidayətova, Mingəçevir