İcra başçısı onları da təbrik etdi

0
241

Novruz bayramı ərəfəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Qəhrəman Mirabov Rəşad Akif oğlunun ailəsini, həmçinin “Azərbaycan Bayrağı” ordenli şəhid ailələrini, Müharibə və Əmək veteranlarını evlərində ziyarət edərək bayramlarını təbrik edib və eyni zamanda onların problemləri ilə maraqlanıb. Bayram münasibəti ilə öz təbriklərini çatdıran icra başçısı bu bayramı müqəddəslik rəmzi kimi xarakterizə edib: ”Bu bayram ata-babalarımızın bizə əmanət qoyduğu böyük töhfədir.Onu yaşatmaq, qorumaq bizim borcumuzdur. Biz sizləri unutmuruq, hər birinizin başımızın üstündə  həmişə yeri var. Mən arzu edərdim ki, Novruz süfrələriniz bollu-bərəkətli olsun əziz dostlar! Bayramınız mübarək!”.

Başçının bu gəlişindən  razı qalan  ziyarətçilər   dərin təşəkkürlərini  bildiriblər. Problemi olan ailələrin bəzilərinin problemləri ilə yerindəcə maraqlanan başçı aidiyyəti üzrə tapşırıqlar verib. Qeyd edək ki, ziyarət olunan hər bir ailəyə bayram sovqatı da çatdırılıb.

Esmira Hidayətova, Mingəçevir