Tramp koronavirusla mübarizəni “görünməz düşmənlə müharibə” adlandırıb

0
35

ABŞ Prezidenti Donald Tramp koronavirusun Amerika iqtisadiyyatına vurduğu artan iqtisadi zərərə qarşı yeni mübarizə üsullarını təklif edib.

Ağ evin başçısı ABŞ-da koronavirusla mübarizədən danışarkən onu “görünməz düşmən”, virusun yayılmasının qarşısının alınması üçün göstərilən səyləri isə “müharibə” adlandırıb. “Biz tezliklə burada dayanacaq və deyəcəyik: “Bəli, biz qalib gəldik – deyə Tpamp bildirib.

Jurnalistlər qarşısında çıxış edən ABŞ Prezidenti və maliyyə naziri Stiven Mnuçin tənəzzülün qaçılmaz olduğunu etiraf ediblər. Onlar koronavirus səbəbindən maliyyə itkisinə məruz qalmış Amerika ailələri üçün vəsait ayrılmasını dəstəklədiklərini bildiriblər. Qarşıdakı iki həftə ərzində minlərlə ailəyə çeklərin göndəriləcəyi qeyd olunub.

Tramp deyib ki, onun administrasiyası da iqtisadiyyatı dəstəkləmək məqsədilə əlavə stimul kimi Konqresdən 850 milyard dollara yaxın vəsait ayırmağı xahiş etməyə hazırlaşır.

ABŞ Senatının bir neçə üzvü Amerika iqtisadiyyatını dəstəkləmək üçün daha böyük məbləğin – 1 trilyon dollar maliyyə yardımının ayrılmasını müzakirə etdiklərini qeyd edib.