Mingəçevirdə 2 m 40 sm hündürlüyündə Novurz simvolu hazırlanıb

0
82

Novruzun əsas atributlarından, simvollarından biri səmənidir. Novruzu səmənisiz təsəvvür etmək qeyri-mümkündür. İnanclara görə, səməni bolluq simvoludur. Məhsulun həmin il necə olacağını məhz səməni ilə müəyyən edirlər. Səməni  təmizlik simvoludur. Səməni hər evə şadlıq, sevinc gətirir, o hər kəsdə daxili bir sevinc oyadır. Səməni həm də baharın ilk müjdəcilərindən biridir.

Odur ki, ölkəmizin hər bölgəsində ona xüsusu önəm verilir və sevə-sevə yetişdirilir. Elə Mingəçevir şəhərində də səməniyə belə bir münasibət var. Hətta bu şəhərdə təbii yolla hündürlüyü 2 m 40 sm olan  Novruz səmənisi də hazırlanıb. Səməni şəhərin HeydərƏliyev prospektində yerləşən Uşaq İncəsənət məktəbinin önünə yerləşdirilib. Qeyd edək ki, səməni Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İB  və Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivlərinin birgə əməyi sayəsində hazırlanıb.

Esmira Hidayətova, Mingəçevir