Dünya Səhiyyə Təşkilatı koronavirus pandemiyası elan edib

0
89

Yeni koronavirusun dünyada yayılması pandemiya xarakteri alıb.

Bunu Cenevrədə keçirilən brifinqdə Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.

O deyib: “Yaxın günlərdə və həftələrdə yoluxma və ölüm hallarının baş verdiyi ölkələrin sayının artacağını gözləyirik. Biz belə qənaətə gəlmişik ki, COVID-19 pandemiya kimi xarakterizə edilə bilər”.

Qeyd edək ki, martın 11-nə olan məlumata görə, dünyanın 114 ölkəsində 122 mindən çox insan yeni koronavirusa yoluxub. Onların əksəriyyəti sağalsa da, indiyədək 4,4 minə yaxın insan həyatını itirib.

Yeni koronavirus ilk dəfə dekabr ayında Çinin Uxan şəhərində qeydə alınıb. Avropada isə virus ən çox İtaliyada yayılıb. Fransa və Almaniyada da koronovirusun yayılması ilə bağlı vəziyyət mürəkkəbləşib.