“Başakşehir” “Kopenhagen”i məğlub edib

0
47

Martın 12-də UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinə start verilib. Türkiyənin turnirdə yeganə təmsilçisi “Başakşehir” Danimarkanın “Kopenhagen” komandasını qəbul edib. İstanbul komandası Edin Vişçanın 88-ci dəqiqədə penaltidən vurduğu qolla qələbəyə nail olub – 1:0.

“Mançester Yunayted” Avstriyada LASK-la görüşüb. Cütün favoriti olan İngiltərə klubu səfərdə böyükhesablı qələbə qazanıb. Ole-Qunnar Sulşerin yetirmələri bununla da 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edib.

Almaniya təmsilçisi “Ayntraxt” evdə “Bazel”i qəbul edib. Bu görüşdə də qonaqlar sevinən tərəf olub. İsveçrə təmsilçisi üç cavabsız qolla böyükhesablı qələbə əldə edib.

İngiltərə təmsilçisi “Vulverhempton” Yunanıstan təmsilçisi “Olimpiakos”la görüşüb. Pirey klubu ikinci hissədə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib və bərabərliklə kifayətlənib.

Almaniya “Volfsburq”u evdə Ukrayna “Şaxtyor”unu qonaq edib. Üç qolun vurulduğu matçda qonaqlar minimal fərqlə qələbə qazanıb.

Bundesliqanın digər təmsilçisi “Bayer” Qlazqoda “Reyncers”lə üz-üzə gəlib. Almaniyalılar Şotlandiya klubunu 3:1 hesabı ilə məğlubiyyətə uğratmağı bacarıb. 

Qeyd edək ki, 1/8 final mərhələsinin “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) və “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) qarşılaşmaları koronavirus epidemiyası üzündən təxirə salınıb. Cavab oyunları martın 19-da keçiriləcək.

Avropa Liqası
1/8 final, ilk oyunlar
12 mart

21:55. “Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) – 1:0
Qol:
 Vişça, 88 (pen.)
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
İstanbul. Başakşəhər Fatih Terim stadionu

21:55. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) -0:5
Qollar: 
İqalo, 28, Ceyms, 58, Mata, 82, Qrinvud, 90+2, Pereyra, 90+3
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Ştadt Lints stadium

21:55. “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) – 0:3
Qollar:
 Kampo, 27, Bua, 73, Frey, 85
Baş hakim: Andreas Ekberq (İsveç)
Frankfurt stadium

00:00. “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) – 1:1
Qollar: 
El Arabi, 54 – Neto, 67
Baş hakim: Klemen Turpin (Fransa)
Pirey. Georgios Karaiskakis stadionu

00:00. “Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya) – 1:3
Qollar: 
Edmundson, 75 – Haverts, 37, Aranqiz, 67, Beili, 88
Baş hakim: Şimon Marçinyak (Polşa)
Qlasqo. “Aybroks” stadionu

00:00. “Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna) – 1:2
Qollar: 
Bruks, 48 – Moraes, 17, Bahia, 73
Baş hakim: Damir Skomina (Sloveniya)
“Volfsburq Arena”