Bu gün daha iki vəsiqənin sahibi müəyyənləşəcək

0
2053

Martın 11-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki cavab oyunu baş tutacaq.

İkinci oyun günündə İngiltərə və Fransada iki matç keçiriləcək.

Turnirin son çempionu “Liverpul” klubu İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edəcək. Bu komandaların Madriddə keçirilən görüşündə “Atletiko Madrid” minimal hesabla qalib gəlmişdi – 1:0. Mersessayd təmsilçisi növbəti mərhələyə vəsiqə qazanmaq üçün iki cavabsız qol qane edir. “Atletiko Madrid” isə bu görüşdə qolsuz heç-heçə də sərf edir.

Günün digər görüşündə Almaniyanın “Borussiya Dortmund” klubu səfərdə “Paris Sen-Jemen” komandası ilə üz-üzə gələcək. İlk görüşdə Almaniya səfərindən məğlub (2:1) qayıdan parislilər bu oyunda minimal (1:0) hesabla qalib gələcəyi halda növbəti mərhələyə vəsiqə qazanacaq.

Dortmund təmsilçisinə isə istənilən heç-heçə sərf edir.

Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, dünən UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start verilib. Öz meydanında 4:1 hesabı ilə məğlub edən “Atalanta” (İtaliya) səfərdə İspaniyanın “Valensiya” klubunun qonağı olub.

Görüş bu dəfə də italyanlıların 4:3 hesablı qələbəsi ilə başa çatıb. “Atalanta”nın heyətində hər dörd qolu Josip İliçiç vurub. “Valensiya”da isə Kevin Qameyro və Ferran Torres fərqlənib.

Günün digər qarşılaşmasında Almaniyanın “Leyptsiq” klubu öz meydanında İngiltərənin “Tottenhem” komandasını qəbul edib. Marsel Sabirzer (2) və Emil Forsberqin qolları sayəsində “Leyptsiq” üç cavabsız qolla rəqibinə qalib gəlib. Bu komandaların arasında Londonda baş tutan görüşdə “Leyptsiq” minimal hesabla qalib gəlmişdi (1:0).