Qeyri-neft sənayesində artım tempi kəskin yüksəlib

0
210

 

Cari ilin yanvar-oktyabr aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 27,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən açıqlanan məlumatda qeyd olunur ki, sənaye məhsulunun 71,2%-i mədənçıxarma bölməsində istehsal edilib. Sənayenin emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,8%-ini təşkil edib, qida, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib. Əgər ötən ilin yanvar-oktyabr aylarında sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% artmışdısa, cari ildə bu göstərici 3 dəfədən çox artaraq 6,3%-ə yüksəlib. Statistika Komitəsinin məlumatında həmçinin bildirilir ki, ümumi sənaye istehsalının 93%-i malların, 7%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,6%-i özəl bölmədə istehsal olunub. Bundan başqa 2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 15,5 milyard kub metr əmtəəlik təbii qaz hasil edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 6,2% çoxdur. Belə ki, 2013-cü ilin 10 ayı ərzində 14,6 milyard kub metr əmtəəlik qaz hasil edilib. Yanvar-oktyabr aylarında yataqlardan 35,6 milyon ton neft hasil edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 0,5 milyon ton və ya 1,4% azdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here