Millimiz Monteneqro, Kipr və Lüksemburq ilə qarşılaşacaq

0
39

Dünən Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticəsində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. Püşkatmaya əsasən millimiz Monteneqro, Kipr və Lüksemburq ilə qarşılaşacaq.

Mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak ediblər.

Qeyd edək ki, UEFA Millətlər Liqasının ilk turunun oyunları sentyabrın 1-dən 3-dək keçiriləcək. Növbəti turlar isə 6-8 sentyabr, 8-10 oktyabr, 11-13 oktyabr, 12-14 və 15-17 noyabrda təşkil olunacaq.

Xatırladaq ki, turnirin ilk qalibi Portuqaliya yığmasıdır.