Mingəçevirdə kütləvi dezinfeksiya işləri başlayıb

0
164

  Çindən gələn 1,  İrandan gələn 5 nəfər Mingəçevir  Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən nəzarətə götürülüb və onların heç birində koronavirusun əlamətləri aşkar olunmayıb.

 Bu barədə məlumat verən Mingəçevir GEM-in direktor əvəzi Validə Məmmədova, həmçinin bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq şəhərin bütün ümumtəhsil müəssisələrində, uşaq bağçalarında, mədəniyyət evlərində, musiqi məktəblərində, ali və orta ixtisas məktəblərində koronavirusla bağlı maarifləndirmə tədbirləri aparılır. İcra Hakimiyyəti başçısının göstərişinə əsasən isə 02 mart 2020-ci il tarixdən şəhərin bütün uşaq bağçaları-körpələr evlərində kütləvi dezinfeksiya işlləri başlayıb. Artıq 1, 2, 4, 6 və 14 saylı uşaq bağçaları tam dezinfeksiya olunub və bu həftənin sonuna kimi bütün bağçalarda dezinfeksiya işləri başa çatacaq.

Esmira Hidaytova, Mingəçevir