“Başakşehir” “Sportinq”i məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb

0
93

Fevralın 27-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinin növbəti cavab oyunu keçirilib.

Türkiyənin bu turnirdə yeganə təmsilçisi “Başakşehir” klubu öz meydanında Portuqaliyanın “Sportinq” komandasını qəbul edib.

Səfərdə 3:1 hesabı ilə məğlub olan İstanbul təmsilçisi ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 31-ci dəqiqəsində Martin Şkrtel hesabı açıb – 1:0. Birinci hissənin başa çatmasında bir dəqiqə qalmış “Başakşehir” hesab arasındakı fərqi iki topa çatdırıb. Daniel Aleksiç adını tabloya yazdırıb – 2:0.

Qarşılaşmanın ikinci hissəsinin 68-ci dəqiqəsində qonaqlar qollardan birinin əvəzin çıxıb. Luçiano Vietto Markos Akunanın ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 2:1. Matçın 90-ci dəqiqəsində “Başakşehir” yenidən fərqlənib. Edin Vişca komandasının vacib qolunu vurub.

Ümumi hesab eyni olduğundan qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.

Artırılan ikinci hissənin 14-cü (119-cu) dəqiqəsində “Başakşehir” daha bir qol vurub. Hakimin təyin etdiyi 11-metirlik cərimə zərbəsini E.Vişca dəqiq yerinə yetirərək komandasına səkkizdəbir finala vəsiqə qazandıran həlledici qolu qapıdan keçirib – 4:1. Bu, oyunda sonuncu qol olub.