Səfir Azərbaycan xalq mahnılarını ifa edib

0
213

Mingəçevir Sahil parkında İndoneziya mədəniyyəti və incəsənətni əks etdirən   sərgi  təşkil olunub. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı ilham İsmayılov da iştirak edib. Açılış mərasimindən öncə icra başçısı İndoneziya mədəniyyəti sərgisi ilə yaxından tanış olub. Daha sonra başçı öz çıxışında bildrirb ki, İndoneziya səfirliyi öz  mədəniyyət sərgisini  Mingəçevirdə təşkili  etdiyi üçün üçün təşəkkürümüzü bildiririk.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fananie xoş sözlərə görə başçıya minnətdarlıq edib və bildirib ki, Mingəçevir Azərbaycanın döyünən ürəyidir. İndoneziya ilə Azərbaycan arasındakı qədim dostluq əlaqələrindən söz açan qonaq bu əlaqələrin daha da inkişaf edərək genişləndiyini bildirib. “İndoneziya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı şəkildə davam edir. Dünyanın ən böyük müsəlman əhalisi olan İndoneziya bütün dinlərə tolerant yanaşmaqda böyük məsuliyyət daşıyır və  birgə layihələrdə yaxından iştirak edir. Azərbaycanla diplomatik və mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafı dünyada hər iki dövlətin qardaşlıq və sülh tərəfdaşı olmasına işarədir”, – deyə səfir vurğulayıb.

Daha sonra səfir iki Azərbaycan xalq mahnısını musiqi alətində ifa edib. İndoneziyanın səslənən milli rəqslərində də öz bacarığını nümayiş etdirib.

Sərgi mingəçevirlilər tərəfindən maraqla qarşılanıb.

Esmira Hidayətova, Mingəçevir