Könüllülük: Milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi

0
238

“Könüllülər dünyaya səs salan könüllərdə olacaq”.

Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Təmayüllü liseyin şagirdlərindən ibarət liseyin “Kiçik Akademiya”sı nəzdində könüllülər qrupu yaradılıb.

Mingəçevir Gənclər evində “2020-Könüllülər ili” ilə əlaqədar olaraq “Könüllülər” qrupunun yaradılmasına həsr olumuş dəyirmi masa keçirilib. Tədbiri açıq elan edən liseyin direktoru Aidə İsmayılova  çıxış edərək bildirib ki, Prezident  İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib: ”Ölkə Prezidentinin imzaladığı Sərəncamda qeyd edilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq,  könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük xalqın, cəmiyyətin ən xoş niyyətləri uğrunda fəaliyyət göstərməyə sövq edən, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı, zəngin milli-mənəvi dəyərlərimizin nadir töhfəsidir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.  Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın gələcəyini sağlam və müasir düşüncəli, vətənpərvər gəncliyin fəaliyyətində görür və əslində, sözügedən Sərəncamla bu fəaliyyətin miqyasının daha da genişlənməsinə, keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmasına əlverişli şərait yaradır. Əziz şagirdlər, siz də yaradılan bu şəraitdən bəhrələnərək yaxşı oxumaqla, fəalığınızla  ölkəmizə, şəhərimizə öz töhvələrinizi verə bilərsiniz”.

Daha sonra könüllülər haqqında video çarx nümayiş olunub.

Sonra liseyin ingilis dili müəllimi Samir Həsənov və liseyi Təsviri incəsənət müəllimi Aytac Zeynalova könüllülər ilində gəncliyin potensialından səmərəli istifadə imkanlarından danışıb, insanların könüllü olmasının səbəbləri barədə şagirdlərə bilgilər veriblər. Qeyd ediblər ki, könüllülərimiz öz kreativliyi, təşəbbüskarlıqı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Manhı Müsabiqəsi, I Avropa Oyunları,”Formula I” yarışları və IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar”.

Sonda məktəbli könüllülərin təqdimatı olub və xatirə şəkili çəkdiriblər.

Esmira Hidayətova,Mingəçevir