UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verir

0
43

Fevralın 20-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinə start verilir. Türkiyə təmsilçisi “Başakşehir” Portuqaliyada “Sportinq”in qonağı olacaq.

Turnirin son finalçısı İngiltərənin “Arsenal” klubu Yunanıstanın “Olimpiakos” komandası, “Mançester Yunayted” isə Belçikada “Brügge” ilə üz-üzə gələcək. İtaliyanın “İnter” klubu isə Bolqarıstanda “Lüdoqorets”lə qarşılaşacaq.

Günün bütün görüşləri aşağıdakılardır:

“Şaxtyor Donetsk” (Ukrayna) – “Benfika” (Portuqaliya);

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Zaltsburq” (Avstriya);

“Lüdoqorets” (Bolqarıstan) – “İnter” (İtaliya);

“Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə);

“ÇFR Kluj” (Rumıniya) – “Sevilya” (İspaniya);

“Kopenhagen” (Danimarka) – “Seltik” (Şotlandiya);

“Xetafe” (İspaniya) – “Ayaks” (Hollandiya);

“Sportinq” (Portuqaliya) – “Başakşehir” (Türkiyə);

“Qlazqo Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya);

“Roma” (İtaliya) – “Gent” (Belçika);

“Volfsburq” (Almaniya) – “Malmö” (İsveç);

“AZ Alkmaar” (Hollandiya) – LASK (Avstriya);

“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə);

APOEL (Kipr) – “Bazel” (İsveçrə);

“Bayer Leverkuzen” (Almaniya) – “Porto” (Portuqaliya);

“Vulverhempton” (İngiltərə) – “Espanyol” (İspaniya).

Qeyd edək ki, cavab görüşləri fevralın 27-də olacaq.