Yanvarda avtomobil idxalı artıb

0
114

Bu ilin yanvar ayı ərzində Azərbaycana xaricdən 5 min 906 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib.
Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlarda bildirilir ki, bu, 2018-ci ilin ilk ayı ilə müqayisədə 3 min 394 ədəd və yaxud 2,3 dəfə çoxdur. Bu ilin ilk ayında gündəlik avtomobil idxalı orta hesabla 190 ədəd olub.
Məlumat üçün bildirək ki, ötən ilin yanvar ayında gündəlik avtomobil idxalı 81 ədəd, 2018-ci ilin yanvarında 32 ədəd, 2017-ci ilin yanvarında isə gündəlik avtomobil idxalı 15 ədəd olub.
Hesabat dövründə əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobillərinin  idxalı 2 dəfədən çox artaraq 5 min 560-a yüksəlib.
Bundan başqa yanvar ayında 36 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 292 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 18 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Bunlardan başqa yanvar ayında 659 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.