Çində ölənlərin sayı 1860-ı ötüb

0
51

Çində yeni növ koronavirusdan (COVİD-2019) ölənlərin sayı 1868 nəfərə çatıb, eyni zamanda, 12,5 mindən çox insan bu xəstəlikdən sağalıb. Bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumata görə, sutka ərzində 98 nəfər koronavirusdan ölüb, 1701 nəfər xəstəxanadan evə yazılıb. Xəstəliyə yoluxanların sayı bir sutkada 1,8 min nəfər artaraq ümumilikdə 72,4 mini ötüb.

Koronavirusun yeni növü 2019-cu ilin dekabrında Mərkəzi Çinin əhali (12 milyon) sıxlığı ən çox olan Uxan şəhərində qeydə alınıb. Çindən başqa 25 ölkədə həmin xəstəlik aşkar edilib. Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocağı olan epidemiya kimi səciyyələndirərək beynəlxalq miqyaslı fövqəladə vəziyyət kimi tanıyıb.