“Qarabağ” “Zirə”yə divan tutdu

0
91

Fevralın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start verilib.

Açılış görüşündə turnir cədvəlinin lideri “Qarabağ” səfərdə “Zirə” komandasının qonağı olub.

Görüş ağdamlıların 6:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın heyətində Bədavi Hüseynov (4), Xayme Romero (11), Mahir Emreli (14), Ailton Silva (28), Abdullah Zubir (61) və Maqali Qeye (85) fərqləniblər.

Qarşılaşmanın 68-ci dəqiqəsində “Zirə”nin kapitanı Cavid Hüseynov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qələbədən sonra xal ehtiyatını 38-ə çatdıran “Qarabağ” əsas izləyicisi, bir oyun az keçirən “Neftçi”dən 11 xal irəlidədir.

“Zirə” isə 20 xalla 5-ci yerdə qərarlaşıb.

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib: “Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə hallar olur. Hər bir halda, “Zirə”dən ehtiyatlanırdıq. Son oyunumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq”.