4 dairədə nəticələr ləğv edildi

0
136

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.

Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq Dairə Seçki Komissiyalarına göndərilib:

– 91 saylı Ucar seçki dairəsi

– 81 saylı Beyləqan seçki dairəsi 

– 72 saylı Yardımlı-Masallı seçki dairəsi

– 95 saylı Tərtər seçki dairəsi

– 42 saylı Sumqayıt ikinci seçki dairəsi

– 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

– 15 saylı Yasamal birinci seçki dairəsi

– 28 saylı Sabunçu üçüncü seçki dairəsi

– 79 saylı İmişli seçki dairəsi 

– 60 saylı Salyan-Neftçala seçki dairəsi

Sabiq millət vəkili Çingiz Qənizadə bu gün Mərkəzi Seçki Komissiyasının iclasında deputat seçildiyi dairə üzrə nəticələrin ləğv olunmasına münasibət bildirib. Ç.Qənizadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ləğv olunan məntəqələrdə hansı qanun pozuntularına yol verildiyi haqda məlumatlı deyil: “Onu deyə bilərəm ki, bu günə qədər Dairə Seçki Komissiyasına bir dənə də şikayət daxil olmamışdı. Bununla belə, bu gün MSK belə bir qərar qəbul edib. MSK-nın qərarına hörmətlə yanaşıram”.
“Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu deputat seçildiyi 35 saylı Xətai 3-cü Seçki dairəsinin nəticələrinin ləğv olunması ilə bağlı açıqlama verib.R.Arifoğlu bildirib ki, komandası və seçiciləri üçün nə qədər ağır olsa da, özü bu xəbəri məmnuniyyətlə qarşılayıb.
Qeyd edək ki, MSK-nın bugünkü iclasında Çingiz Qənizadə, Rauf Arifoğlu, Hüseynbala Mirələmov və Hadı Rəcəblinin deputat seçildiyi dairələr üzrə nəticələr ləğv edilib