“Ecofriend” layihəsinin təlimlərinə start verilib

0
74

Azərbaycan Respublikasının Gənclər Fondunun  13-cü qrant müsabiqəsinin qaliblərindən biri olan Jalə Səfərlinin “Ecofriend” layihəsinin açılışı və ilk təlimi baş tutub. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində baş tutan təlimdə layihə rəhbəri Jalə Səfərli iştirakçılara layihə ilə bağlı məlumat verib. Bu gün  insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasının vacib olduğunu qeyd edən Jalə Səfərli iştirakçılara  təlim zamanı fikirlərini sərbəst şəkildə bölüşmələrini tövsiyə edib.

Təlimin ilk günü iştirakçılar ətraf mühit, ekologiya anlayışlarının mahiyyəti ilə tanış olub. Ekologiyanın inkişaf tarixi ilə bağlı məlumat əldə edən iştirakçılar bir elm kimi ekologiyanın yaranmasını zəruri edən səbəbləri araşdırıb, ekoloji şəraitin gərginləşməsinin əsas səbəblərini müzakirə ediblər. Komandalara bölünən iştirakçılar müxtəlif ekoloji problemləri canlandırıb, insanları təbiəti qorumağa çağırıblar.

Esmira Hidayətova, Mingəçevir