İcra başçısı: “Bu şəhərin bütün problemlərini yaxş bilirəm”

0
421

   Mingəçevirdə növbəti dəfə sakinlərlə səyyar görüş keçirilib. Əvvəlcə  icra başçısı İlham İsmayılov  Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışılıb. Başçı qeyd edib  ki,  regionların inkişafını diqqət mərkəzində saxlayan cənab Prezident 2020-ci ildə də bu artımın yüksək səviyyədə olacağını əminliklə vurğulayıb. Mingəçevirdə də bu istiqamətdə əməli işlər həyata keçirilir. Biz bu il ötən ilə nisbətən ikiqat işlər görəcəyik. Dövlət Proqramına uyğun olaraq şəhərdə su-kanalizasiya sisteminin yenilənməsi, yeni asfalt yollarının çəkilməsi, işıqlanma sisteminin qaydaya salınması, məhəllələrin, park və xiyabanların, yaşayış binalarının əsaslı təmirdən çıxarılması, bu istiqamətdə abadlıq-quruculuq işlərinin artırılması nəzərdə tutulur. Məqsəd məram birdir. Mən bu şəhərin bütün problemlərini yaxş bilirəm. Bilirəm ki, hansı sahədə daha çox problem var. Şəhərimizdə işsizlik problemini aradan qaldırmaq üçün şəhərə sahibkarları, iş adamlarını dəvət edirik onlarla söhbətlər aparılır. Bildirmək istəyirəm ki, artıq bu sahədə aparılan işlər nəticəsini verməkdədir. Yeni iş yerlərinin açılması üçün deputatlardan da bizə dəstək gəldi. Şəhərdə görülən işlər sizlərin daha yaxşı yaşaması üçündür. Ona görə də biz mütamadi olaraq bu görüşləri keçirir ki, sizi narahat edən problemlərinizi öyrənək”.

Görüşdə sakinlər çıxış edərək Mingəçevirə və mingəçevirlilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova minnətdarlıqlarını bildiriblər. Şəhər ağsaqqalı Tofik Qarayev, Sahibə Rəsulova çıxışlarında bu səmimi görüşə görə minnətdarlıq bildirib və qeyd ediblər ki, ötən görüşlərdə biz də problemlərlə bağlı çıxış etmişdik. Sakinlər onların problemlərinin həll olunduğunu bildiriblər.

Eyni zamanda  görüşdə iştirak edən digər  sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müraciət ediblər.

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib

Esmira Hidayətova, Mingəçevir