Ömər Kocaman: “Dünya bir daha bu inkişafın şahidi oldu”

0
33

  “Azərbaycanda seçkilər tam şəffaf və demokratik şəraitdə keçirilib”. Bu sözləri Milli Məclisə keçirilən seçkiləri izləyən Türk Şurasının Baş katibinin müavini Ömer Kocaman deyib.

O qeyd edib ki, iki qrupla  Bakıda və  Mingəçevirdə seçki proseslərini izləyiblər: ” İki şəhərdə 24 seçki məntəqəsində olduq. Müşahidələrimizə əsasən deyə bilərəm ki, heç bir məntəqədə seçkinin nəticəsinə təsir edəcək hər hansı qanun pozuntası ilə rastlaşmadıq. Azərbaycanda seçki prosesi beynəlxalq standartlara uyğun həyata keçirilib. Azərbaycan xalqını uğurlu seçki prosesi münasibəti ilə təbrik edirəm”.

Ömer Kocaman bildirib ki,  bu il keçirilən seçkidə siyasi partiyaların və namizədlərin sayının çoxluğu sevindirici haldır: “Bu seçkilərdə gənclər daha fəal idilər. Namizədlərin hər 100 nəfərindən 50-si 20-40 yaş həddində olanlar idi. Bu da Milli Məclisin yenilənməsinə, gəncləşməsinə işarədir. Onu da qeyd etmək istəyirəm ki, ötən seçkilərlə müqayisədə namizədliyini irəli sürən qadınların sayında da 21 faiz artım olduğunu öyrəndik. Şübhəsiz, bunların hamısı qardaş ölkədə seçki mühitinin inkişafının göstəriciləridir”. Ömər Kocaman seçkilərin belə demokratik və şəffaf keçirilməsini Azərbaycanın son 20 ildəki inkişafı ilə əlaqələndirdi: “Bütün dünya bir daha bu inkişafın şahidi oldu.”

 Qeyd edək ki, Mingəçevirdən 11 deputatlığa namizəddən 8-i gənc olub.  .

Esmira Hidayətova, Mingəçevir