Milli Məclisə seçkilərdə səsvermə başlayıb

0
141

Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb.

Saat 08:00-da səsverməyə start verilib.

Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.

M.Pənahov 1000 məntəqədə, yəni məntəqələrin 20 faizində veb-kameraların quraşdırıldığını nəzərə çatdırıb.

MSK sədri bildirib ki, seçkilərdə “exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınıb ki, onların da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə quracaq: “Beləliklə, parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının “AJF&Associates İnc.” təşkilatı (ABŞ) ilə birgə, Rəy Monitoqrinq Mərkəzi və “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb”.

Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib.