Mənim ana dilim

0
210

Mənim ana dilim tükənməz və qiymətli bir xəzinədir. O nə ləl-cəvahir, nə də ki bəxşişdir. O, zülmət və qaranlıq yoluma nur saçan, məni gələcəyə aparan keşməkeşli, sanki sıldırım qayaya bənzəyən yolumun qapısının açarıdır. Bu yolun açarı ana dilinə dəyər verən, onu varlığı ilə sevən, ona ləkə gətirməyən şəxsə verilir. Ana dili, adından da göründüyü kimi o, bizə anamızdan doğma və bizi biri-birimizə bağlayan ayrılmaz düyünlərlə bərkidilmiş bir bağdır. Bu düyünlər illər uzunu böyük çətinliklərdən keçərək sərtləşmiş və qalınlaşmışdır. Bu düyünlərdə tarixin bizə dərs verdiyi çoxlu sirlər gizlənir. Lakin bu düyünlər artdıqca Azərbaycan xalqı biri-birinə yaxın olub, çətinliklərə bir yumruq kimi birləşərək qalib gəlmişlər. Onlar bizim yaddaş kitabçamızdır, danışdıqca onlar təkrarlanır və daha da unudulmaz olur. Onu unudulmaz edən isə dəhşətli həyəcanlı və göz yaşları ilə dolu olmasıdır.

Tarixin müxtəlif dövrlərində Azərbaycana zülmət qaranlıq çökmüşdür. Çünki bizi zülmətə nur saçan açarımızdan – ana dilimizdən məhrum etmişlər. Bizi milli və mənəvi dəyərlərimizdən uzaqlaşdırmışlar. Bizim söz sənətimizin incisi olan aşıq sənəti, muğam, şairlik, yazıçılıq və tarixi soy kökümüzdən ayırmaq istəmişlər. Müxtəlif dövrlərdə şair və yazıçılar zalım və qəddar hökmdarlardan öz əsərlərində sətiraltı yazmış, bu hökmranlığı nəyəsə bənzədib onları tənqid atəşinə tutmuş, oxucuya isə işıqlı bir səhərin qarşıda olduğunu, zalıma baş əyməməyi, qürurlu, dözümlü, dəmir iradəli olmalarını tövsiyə etmişlər. SSR-nin Azərbaycanda zülmkar hökmranlığı dövründə Azərbaycan şairləri, yazıçıları və uzaqgörən ziyalıları onu tənqid etdiyi üçün doğma yurdundan zorla sürgün edilmiş və müxtəlif bəhanələrlə qətlə yetirilmişlər. Represiya qurbanları Azərbaycanın şanlı tarixində dərin iz qoymuşlar. Hətta ana dilimizin qorunması üçün qurbanlar verməkdən belə çəkinməmişik. Buna görə də ana dilimizə hörmətlə yanaşmalı, onu göz bəbəyimiz kimi qorumalı və bu zəngin dili nəsildən-nəslə ötürməliyik.

Doğma ana dilimiz vasitəsilə biz bir-birimizlə ünsiyyət saxlayırıq. Lakin ana dilimizi özümüz də fərqinə varmadan ləkələyirik. Ana dilini bəyənməyənlər, öz doğma vətənində başqa dillərdə danışanlar, siz vətənə və doğma dilimizə xəyanət etdiyinizin fərqindəsinizmi?

Ey, öz doğma dilində danışmağı ar bilən,

Fasonlu ədabazlar!

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar

Bunlar qoy mənim olsun.

Ancaq vətən çörəyi,

Sizlərə qənim olsun.

Bərdə rayon R.Abbasov adına Əmirli kənd tam orta məktəbin XI sinif şagirdi Abışova Lalə Səbuhi qızı