Çində koronavirusdan ölənlərin sayı 722 nəfərə çatıb

0
111

Çində koronavirus epidemiyasından ölənlərin sayı 722 nəfərə çatıb

Bu barədə Çin Xalq Respublikası Dövlət Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, virusa yoluxanların sayı 31 min 744 nəfərdir, onlardan 6101-nin vəziyyəti ağırdır.

Həmçinin bildirilir ki, Çində indiyədək bu virusa yoluxan 2050 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.