Turnir cədvəlinə “Qarabağ” başçılıq edir

0
43

Fevralın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun yekun görüşündə “Qarabağ” səfərdə “Səbail”in qonağı olub. “ASKO Arena”da keçirilən oyun Ağdam təmsilçilərinin minimal hesablı qələbəsi ilə bitib – 1:0. Matçda yeganə qolu 81-ci dəqiqədə Mahir Əmrəli vurub.

On beşinci turun yekun oyunundan sonra turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xalı olan “Keşlə” və “Neftçi” isə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (13), “Qəbələ” (13) və “Səbail” (12) yer alıb.