“Avro-2020”nin Bakıda keçiriləcək oyunları İstanbulda beynəlxalq sərgidə təbliğ olunur

0
29

“Avro-2020”nin yerli əməliyyat qrupu Azərbaycan Turizm Bürosu ilə birgə İstanbulda keçirilən Şərqi Aralıq dənizi bölgəsində beynəlxalq turizm və səyahət sərgisində (EMİTT) iştirak edir.

Sərgidə iştirakın məqsədi futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək görüşlərinin təbliğ olunmasıdır.

Yanvarın 29-da açılan sərgi fevralın 2-dək fəaliyyət göstərəcək.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə – Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun), İsveçrə-Türkiyə (21 iyun) qarşılaşmaları, eləcə də dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) Bakı Olimpiya Stadionunda oynanılacaq.