Məşhurların zərərli vərdişlərə aludəçilikləri

0
113

Zərərli vərdişlərə aludəçilik həm ailə, həm də cəmiyyət üçün təhlükəlidir. Bu gün sizə məşhur insanların pis vərdişləri haqqında söz açmaq istəyirik.

Ziqmund Freyd – kokain

Ziqmud Freyd ilk dəfə kokaini 1884-ci ildə istifadə edərək, sınamaq istəyinə düşmüşdü. Bu maddəni istifadə edən məşhur alim çox təəcüblənmişdi , çünki bu maddənin təsiri onu uzun müddətli depressiyadan azad etmişdi və onun hətta özünə qarşı inamı belə oyanmışdı. Elə həmin il gənc alim  kokain  haqqında bir məqalə yazaraq, onu lokal keyidici, astma, həzm xəstəlikləri, depressiya və nevroz müalicəsi üçün istifadə etməyə məsləhət görürdü. Gələcəkdə “psixoanalizin atası” olan Ziqmund Freyd kokainin bir maddə kimi bütün xüsusiyyətləri haqqında bir neçə məqalələr dərc etdirmişdi. Bu məqalələrdə məşhur alim bu zərərli maddənin insan bədənində oyatdığı dəyişik hisslər haqqında bəhs edirdi. Ancaq bu mövzuya aid son əsərlərini daha az həvəslə yazmışdır. Bu təəccüblü deyil, çünki Ziqmud Freydın yaxın dostu olan Ernst fon Flayşl kokain istifadəsindən öldü. Onun dostu olan Ernst fon Flayşlın morfinə  bağlığı var idi. Freyd morfindən asılı olan dostunun müalicəsini öz öhdəsinə götürdü. Onun fikrincə, dostunun morfinə bu dərəcədə bağlı olmağını kokainlə müalicə edəcək. Lakin heç bir şey düşündüyü kimi olmadı və dostu  morfindən olan asıllığı kokainlə əvəz etdi, həddindən artıq kokain dozasının istifadəsindən sonra xəstə öldü. Alim bütün komplekslərindən və qorxularından yaxa qurtarmağına kömək edən ağ tozun “müalicəvi” xüsusiyyətlərinə o qədər ürəkdən inanmışdı  ki, müəyyən müddət keçdikdən sonra özüdə ona alışdı. Gələcəkdə Ziqmund Freyd bu zərərli vərdişdən canını qurtarır və bunun üçün çox əziyyət çəkməli olur.

Balzak-kofein

Bir çoxumuz kofeindən asılı olduğumuzu söyləyə bilərik və hər səhər bir fincan qəhvə içməsək, onsuz günümüzü təsəvvür edə bilmirik. Lakin məşhur yazıçı  Onore de Balzakın qəhvədən olan asılılığı yanında bu, bir cəfəngiyatdır. Balzak çox məhsuldar bir yazıçı idi və hər gün saatlarla çalışan bu insan, yuxusuzluğa qalib gəlmək üçün çoxlu qəhvə içirdi. Onun sözlərinə görə, bu ətirli içki onun başını gözəl fikirlərlə doldurmağa kömək edirdi . Yazıçı gün ərzində 20 fincan qəhvə içirdi və deyilənlərə görə, onun 50 yaşında  ürək xəstəliyindən ölməsi səbəb  məhz  kofein olub.

Edith Piaf – morfin, “alkoqolizm”

Fransanın məşhur pop müğənnisi olan Edit Piaf uzun illər boyunca alkoqolizmdən əziyyət çəkib. Sevdiyi adamı təyyarə qəzasında itirən müğənni  bu hadisədən sonra dərin depressiyaya düşür, hətta intihar ermək istəyən xanımı yaxın dostu ölümdən xilas edir. Lakin acılarını unutmaq üçün spirtli içkilərin təsiri ilə reallıqdan qaçmaq istəyir. Uzun müddət ərzində alkoqolizmdən müalicə olunan  Edit Piaf bu xəstəlikdən heç bir zaman qurtula bilmir. Spirtli içkinin təsiri altında olan məşhur müğənni 1951-ci ildə böyük bir avtomobil qəzasına düşür və qəza nəticəsində qolu və iki qabırğası qırılır. Ağrılara dözməyən müğənni ağırkəsici olaraq morfin istifadə etməyə başlayır və bir müddətdən sonra ona alışır. Xərçəng xəstəliyinə tutulsa da, səhnəyə olan sevgisi ona hər bir zaman güc verirdi.

Mayls Devis-heroin

Mayls Devis “ Cazın qara şahzadəsi” 20-ci əsrin  möhtəşəm musiqiçisi və  bəstəkarı  idi. Bu məşhur və istedadlı insanın narkotik maddələr ilə ciddi problemləri var idi. Məhz heroinə aludə olduğu  üçün onun  karyerasında uzunmüddətli fasilələr oldu. Beləliklə, 1950-ci illərin əvvəlindən heroinin təsiri altına düşən müğənni  yalnız 4 il sonra əfsanəvi boksçu və yaxın dostu olan Şuga Rey Robinsonun köməyi ilə  bu asılılığı aradan qaldırıb, yaradıcılığına qayıtdı.

Luis Kerol- tiryək

Məşhur ingilis yazıçısı Luis Kerolun vaxtında tiryək “laudanum” adlanırdı və bir çox insanlar onu yüngül xəstəliklərdə və yaxud baş ağrısı zamanı istifadə edirdilər. Buna görə  təəccüblü deyil ki, bu içkidən tez-tez istifadə edən insanlar ondan asılı vəziyyətə düşürdülər. Məşhur yazıçı da dəhşətli miqrenlərdən əziyyət çəkirdi. Deyilənlərə görə, elə bu səbəbdən ağrılarını azaltmaq üçün “laudanum” qəbul edirdi. Erkən yaşlarından kəkələməkdən əziyyət çəkən yazıçıya “sehirli maddə” “dəstək” olurdu və onun özünə qarşı inamı artırdı. Tiryəki istifadə etməsi üçün həqiqi səbəb nə olursa olsun, bir şey tam dəqiqdir, Kerol maddənin tam təsiri altında idi. Onun “Alisa möcüzələr ölkəsində”  əsərini oxuyan hər bir insan bunu təsdiqləyə bilər.“İki sahil”