“Real Madrid”…uduzdu

0
43

Yanvarın 29-da futbol üzrə İspaniya kubokunun səkkizdəbir final mərhələsinin oyunları keçirilib. “Real Madrid” səfərdə ikinci divizyon klubu “Real Saraqosa” ilə qarşılaşıb. Görüş “kral” klubunun böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0.

“Real Madrid”in heyətində Rafael Varan, Lukas Vazqes, Vinisius və Kərim Benzema fərqləniblər. Bu qələbədən sonra “Real Madrid” dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Mərhələnin digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Badahos” – “Qranada” – 2:3;

“Kultural Leonesa” – “Valensiya” – 0:0 (pen. 2:3);

“Tenerife” – “Atletik” – 3:3 (pen. 3:4);

“Rayo Valyekano” – “Vilyarreal” – 0:2;

“Real Sosyedad” – “Osasuna” – 3:1;

Qeyd edək ki, mərhələnin digər iki görüşü – “Barselona”–“Leqanes” və “Mirandes” – “Sevilya” oyunu bu gün keçiriləcək.