Yenə Rövnəq Abdullayev seçildi

0
163

Yanvarın 28-də “Bulvar otel”də keçirilən AFFA-nın XXVIII növbəti Konfransında Rövnəq Abdullayev 4-cü dəfə assosiasiyanın prezidenti seçilib. Xatırladaq ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-ya rəhbərlik edir. O, ikinci dəfə 2012-ci, üçüncü dəfə isə 2016-cı ildə AFFA prezidenti vəzifəsinə seçilib. AFFA prezidentliyinə seçkilər dörd ildən bir keçirilir.

Qeyd edək ki, AFFA-nın növbəti konfransında qurumun İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib. Səsvermə nəticəsində İsgəndər Cavadov, Kazbek Tuayev, Elxan Məmmədov, Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov, Firudin Qurbanov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Könül Mehdiyeva İcraiyyə Komitəsinə üzv seçiliblər.

Qeyd edək ki, İsgəndər Cavadov, Kazbek Tuayev və Elxan Məmmədovun AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən təqdim olunub. Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov namizədliyi irəli sürülüb. Firudin Qurbanov, Mahir Məmmədovun namizədliyini Sahə Futbol Federasiyaları İctimai Birliyi, Elmar Məmmədyarov və Könül Mehdiyevanin namizədliyini isə İctimai Futbol Təşkilatları İctimai Birliyi təqdim edib.