Zəlzələnin dağıntıları altında qalanlar xilas edildi

0
122

Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda baş verən zəlzələ nəticəsində dağıntıların altından 2 nəfər xilas edilib.
Türkiyə mətbuatı xəbər verir ki, Mustafapaşa küçəsində yerləşən 4 mərtəbəli binanın dağıntıları altında qalan Cengiz Çelik telefon vasitəsi ilə xilasedicilərlə əlaqə yaradıb. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə sağ qaldıqlarını bildirib. Xilasedicilər ilk olaraq C.Çelikin həyat yoldaşı Gülüsüm Çeliki və övladlarından birini xilas ediblər. Ata və digər oğlunun axtarış və xilasetmə işləri davam etdirilir. 
Bundan əlavə, zəlzələ nəticəsində dağıntılar altından 6 aylıq hamilə olan Pınar Dişli, oğlu Miraç Dişli və 12 yaşlı bir oğlan uşağı da sağ olaraq xilas edilib. 
Qeyd edək ki, dünən Elazığ vilayətinin Sivrice rayonunda baş verən zəlzələ nəticəsində 20 nəfər ölüb, 1015 nəfər yaralanıb. Elazığ vilayətində 5, Malatyada isə 25 bina uçub.