Mingəçevirlilərin istirahəti də diqqət mərkəzindədir

0
155

 

 Ölkəmizdə reallaşan müxtəlif layihələr, həyata keçirilən abadlıq-quruculuq işlərinin sahəsi genişlənib. Regionlarda aparılan sosial-iqtisadi inkişaf proqramı çərçivəsində Mingəçevirdə də ardıcıl işlər həyata keçirilib və keçirilməkdədir. Belə ki, ötən ilin yay aylarında şəhərdə 3 ayrı-ayrı ərazidə istirahət parklarının inşaasına başlanıb. İyul ayında bir hektarlıq ərazisi olan Aşıq Qurbani dairəsinin yeni istirahət mərkəzinə çevrilməsi ilə bağlı ilk işlər görülməyə başladı. Davamlı olaraq ərazidəki kol-koslar, ömrü başa çatmış, qurumuş ağaclar budandı. Yaşıllıq sahələrində torpaqlar yumşaldılaraq onlarla həmişəyaşıl ağaclar əkildi. İşıqlanma sistemi quraşdırıldı. Vətəndaşların rahat gediş gəlişi üçün keçid yolları yaradıldı, oturacaqlar qoyuldu. İndi burada son tamamlama işləri gedir.
   M.Mirzəyev adına “Dostluq” parkı şəhərin mərkəzində yerləşir, sakinlərin ən çox istirahət etdikləri məkandır. Eyni zamanda yaxınlıqda “Dövlət Rəmzləri” muzeyinin inşasına başlanıb və işlər uğurla davam edir. Burada futbol meydançası, uşaqlar üçün əyləncə məkanı yaradılıb, həmçinin müxtəlif idman qurğuları quraşdırılıb, oturacaqlar qoyulub, yaşıllıq sahələrində ağac tingləri əkilib, işıqlanma sistemi yenilənib. Müasir müsiqili fəvvarə inşa olunub. “Dövlət Rəmzləri” muzeyinin tikintisi başa çatmaq üzrədir. Binada kommunikasiya işləri yekunlaşıb, elektrik xətləri çəkilib, istilik sistemi quraşdırılıb. Hazırda suvanma və digər tamamlama işləri görülür. Ərazinin digər hissəsində isə açıq səhnənin tikintisi həyata keçirilir. Keçiriləcək müxtəlif əyləncəli-mədəni, kütləvi tədbir üçün səhnə quraşdırılır, oturacaqlar yerləşdirilir.


   Dahi Azərbaycan şairi Nəsiminin adını daşıyacaq seyrəngah, şəhərin girəcəyində inşaasına başlanan istirahət parkında da əsas işlər görülüb. Müxtəlif ağaclar əkilib, gediş-gəliş üçün tametlər düzülüb. Burada oturacaqlar qoyulacaq, işıqlanma sistemi quraşdırılacaq, sakinlərin rahat istirahəti üçün hər bir şərait yaradılacaq.

Esmira Hidayətova, Mingəçevir