Deputatlığa ən çox və ən az namizədin qeydə alındığı dairələr hansılardır?

0
105

Milli Məclisə seçkilərlə əlaqdədar deputatlığa ən çox və ən az namizədin qeydə alındığı dairələr məlum olub. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ən çox namizəd 16 saylı Yasamal II seçki dairəsində qeydə alınıb. 

Belə ki, bu dairədən deputatlığa namizədliyi qeydə alınan 25 nəfər var. Deputatlığa ən az namizəd isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan və 4 saylı Naxçıvan seçki dairələrindədir. Bu dairələrin hər birində 3 deputatlığa namizəd qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 237 nəfəri deputatlığa namizədliyini geri götürüb.Hazırda deputatlığa namizədlərin sayı 1400 nəfərdir.