MSK sədri: “1542 nəfərin namizədliyi qeydə alınıb”

0
110

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkiləri ilə əlaqədar qeydə alınan namizədlərin sayı açıqlanıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.MSK sədri qeyd edib ki, 1542 nəfərin namizədliyi qeydə alınıb.Xatırladaq ki, Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib.

MSK sədri həmçinin qeyd edib ki, 95 nəfər namizədliyini geri götürərək mübarizəni dayandırıb.

Məlumata görə,2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib: “Eyni zamanda indiyə qədər 30 min 231 yerli müşahidəçi qeydiyyatdan keçib”.