Məqsəd onları cəmiyyətə inteqrasiya etməkdir

0
100

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində Mingəçevir şəhərində icma əsaslı sosial resabilitasiya mərkəzinin fəaliyyətinin təşkilinə start verilib. Əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqlarla digər qəbildən olan uşaqların birgə inteqrasiyasından, icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsinə könüllülərin cəlb edilməsindən, onların sosial iş sahəsində bilik və bacarıqlarının artırılmasından, sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsindən ibarətdir.

Tədbirdə fəaliyyətin koordinatoru Leyla Əmiraslanova və sosial işçi Mətanət Yusifova, könüllü Nuranə Zülfüqarova çıxış ediblər. Tədbirdə sağlamlıq imkanları məhdud olanlar stolüstü oyun bacarıqlarını nümayiş etdiriblər, əyləncəli oyunlar oynayıblar.

Esmira Hidayətova, Mingəçevir