“Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi”

0
111

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir Mədəniyyət nümayəndəliyi Heydər Əliyev Mərkəzində
“Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı şəhidlərimizin anım tədbiri keçirilmişdir. Tədbirdə Mingəçevir Mədəniyyətinin Gənc Könüllüləri, Kreativ Qrup üzvləri və 3 saylı tam orta məktəbin rus bölməsinin 8-ci sinif şagirdləri iştirak etmişlər.


Tədbiri  Heydər Əliyev Mərkəzinin direktor əvəzi Tutu Xanlarova açıq elan etmişdir: “Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarı öz ölkəsinin, xalqının azadlığını uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığı şərəfli bir gündür. Qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir və 20 yanvarı qan yaddaşında əbədi yaşadacaqdır”.

 Daha sonra tədbir iştirakçıları şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etmişlər, “Qanlı Yanvar hadisələri” haqqında filmə baxış keçirmişlər. Şagirdlər  mərkəzin işçisi Emil Xanlarovun “20 Yanvar” faciəsinə həsr etdiyi   şeirini söyləmişlər.