Məktəblilər üçün qış tətili: 27-31 yanvar

0
37

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Təhsil Nazirliyindən verilən məlumata görə, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beş günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür. 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. (APA)