“Azadlıq odunda yanan siz oldunuz”

0
277

20 Yanvar Azərbaycanın müasir tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsidir. O vaxtdan  30 il ötür. Hər il olduğu kimi, bu il də Mingəçevirin   idarə və təşkilatlarında, elm və təhsil ocaqlarında bununla bağlı silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Mingəçevir şəhid Vaqif Ağakişiyev adına 12 saylı məktəbdə təşkil olunub. Məktəbin 1b sinif şagirdlərinin hazırladıqları “Azadlıq odunda yanan siz oldunuz” adlı tədbir maraqla izlənilib. Tədbirdə balacaların ifasında şəhidlərlə bağlı şeirlər söylənilib, kompozisiya nümayiş olunub. Tədbir çərçivəsində şagirdlər 20 yanvar faciəsinə həsr edilmiş rəsmlər də çəkiblər.

Sinif müəlliməsi Gülsurə Bilalova saytımıza verdiyi açıqlamasında bildirib ki, 20 Yanvar xalqımızın milli oyanış və azadlıq mübarizəsinin mühüm mərhələsi olub: “Belə ki, bu, bir xalqın imperiyanın qəddarlığına və amansızlığına qarşı savaşı, eyni zamanda bütünlüklə millətin ölüm-dirim mübarizəsi idi. O gecədən xalqımız qalib, imperiya isə məğlub çıxdı, baxmayaraq ki, oğul və qızlarımız qanlarına qəltan edildi… Bu mənada 20 Yanvar bir tərəfdən xalqımızın hüzn günüdürsə, digər baxımdan qəhrəmanlıq tariximizin yeni bir səhifəsidir. Elə mən də şagirdlərimə 20 Yanvarı bu şəkildə aşılamağa çalışıram”.

Esmira Hidayətova, Mingəçevir