Zelenski tələb edir ki…

0
68

Ukrayna prezidenti Vladimir Zelenski İrandan günahını tam etiraf etməsini istəyib. Ukrayna lideri bu barədə rəsmi “Facebook” səhifəsində qeyd edib.
“Bu gün səhər xeyirliyə açılmadı, amma həqiqətləri də özü ilə gətirdi. Beynəlxalq komissiyanın işi bitməmiş İran öz günahını etiraf etdi. Lakin biz İranın günahı tam etiraf etməsini tələb edirik! Bundan əlavə kompensasiya ödəmələrini, diplomatik kanallar vasitəsi ilə rəsmi üzr istəməsini və günahkarların cəzalandırılmasını istəyirik” – deyə, V.Zelenski qeyd edib.
Ukrayna lideri eyni zamanda İrandan tam və açıq istintaq aparılmasına təminat verməsini istədiklərini bildirib.
Qeyd edək ki, yanvarın 8-də Ukraynadan İrana səfər edən “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində 176 nəfər dünyasını dəyişmişdi. Onların arasında İran vətəndaşları ilə yanaşı, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları da olub.

Qeyd edək ki, İranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” təyyarəsi “insan səhvi” nəticəsində təsadüfən vurulub.  Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilib.

Açıqlamada bildirilir ki, təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün vurublar.

İranın İRİB dövlət televiziya və radio şirkəti isə məlumat yayıb ki, təyyarə bir insan səhvi nəticəsində təsadüfən vurulub. 

İranın Xarici İşlər naziri Cavad Zərif “Twitter” hesabında üzrxahlıq edib: “Kədərli gündür. Silahlı Qüvvələrin daxili araşdırmasının ilkin nəticələrinə əsasən ABŞ-ın avantürizmi ilə təxribat edilmiş böhran dövründə insan səhvi qəzaya səbəb oldu”.