Çinlilərin qəribə ixtiraları

0
474
Çində insanlar ehtiyaclarını qarşılamaq məqsədi ilə maraqlı ixtiralara imza atıblar. “Business İnsider” jurnalının araşdırdığı həmin siyahını sizə təqdim edirik.
1. Elektrikli “çamadansilklet”- Çinli He Lianq elektriklə işləyən çamadan və motosiklet qarışığını ixtira etmək üçün on il çalışıb. Bu çamadanlı motosikletin sürəti saatda 19 kilometrə çatır.

2. Otaqdan çıxa bilməyən robot- Tao Xiangli heç bir təhsil almayan, hər şeyi öz-özünə öyrənən bir ixtiraçıdır. O ikinci əl bazarından aldığı əşyalarla insan hərəkətləri edə bilən robotlar düzəldir. Ancaq onun bircə çətinliyi var, o da hazırladığı robotun böyük olmasıdır. T. Xiangili robotunu qapıdan bayıra çıxara bilmir.

3. Nəhəng motosiklet- Abulajin adlı şəxsin düzəltdiyi 2,3 metr hündürlüyündəki nəhəng motosiklet ona 1300 dollara başa gəlib.

4. 12 budaqlı traktor-  Çin fermerləri yaradıcılıqda demək olar ki, sərhəd tanımır. Çinli bir fermerin ixtira etdiyi trakorun arxa qismində xüsüsi bir disk yerləşdirilib və bu diskə eyni anda çevrilə bilən 12 budaq birləşdirilib. Bu budaqlar vasitəsiylə traktor küçələri təmizləyir.

5. Dəniz velosipedi- Liu Vanyonqun iki boru üzərində yerləşdiridiyi velosipedlə dəniz üzərində rahat hərəkət etmək mümkündür.

6. Ev istehsalı olan tank- Çin ordusunun keçmiş hərbiçilərindən olan bir ixtiraçı 6 min 450 dollar xərcləyərək ev şəraitində özünə xüsusi bir tank hazırlayıb.

7. 6 tonluq sığınacaq- Yanq Zongfu çəkisi təxminən 6 tona çatan böyük bir sığınacaq üzərində çalışır. Sığınacağın məqsədi insanları həddindən artıq isti və soyuq fövqəladə fəlakətlərdən qorumaqdır.

8. Tək təkərli velosiped- Çinli ixtiraçı Li Yonqli 2004-cü ilin fevralın 8-də dünyanın ilk tək təkərli velosipedini ixtira edib. Hazırda bu velosipeddən Çində geniş istifadə olunur.

9. Öz protezlərini özü hazırlayıb- Çində Sun Jifa adlı şəxs 33 il bundan əvvəl baş verən qumbara partlaması zamanı qollarını itirib. Protez almaq üçün pulu olmayan Sun qohumlarına polad və plastikdən protez hazırlamağın yollarını öyrədib. İndi isə ozünün rəhbərliyi ilə hazırlanan protez qollardan asanlıqla istifadə edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here