“Qurub yaradanlar və ömürdən keçən günlər”

0
63

Mingəçevirin 89 yaşlı ziyalısı, el ağsaqqalı, ”Qızıl qələm” media mükafatı laureatı Məmməd İsrafil oğlu Cəfərovun “Qurub yaradanlar və ömürdən keçən günlər” adlı növbəti kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə indiyədək yazarın ondan çox kitabının işıq üzü gördüyünü bildirib.

Məmməd Cəfər müəllim öz çıxışında bildirib ki, poeziya qüdrətdən yaranır: ”O, Allahın verdiyi paydan  mənim  də qismətinə düşüb”. Dediyinə görə, Qarabağın işğalı onun kövrək ürəyini sıxır:  “Şeirlərimdə də bu günkü günün ağrıları, acıları var. İndən belə də bu ağrıları qələmə almaqda davam edəcəyəm”.

Daha sonra yazarın qələm dostları çıxış ediblər,  ona xeyir-dualarını veriblər.

 Ustad aşıqların sazlı-sözlü nəğmələri tədbirə rəngarənglik qatıb.

Esmira Hidayətova, Mingəçevir