… sərnişin təyyarəsində sağ qalan olmayıb

0
185

İranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsində sağ qalan olmayıb. “Reuters”ə xəbər verir ki, İranda qəzaya uğrayan təyyarənin sərnişinlərinin hamısı həlak olub.

İran mediası hava gəmisində ən azı 170 sərnişin və 10 nəfərdən ibarət ekipaj heyətinin olduğunu xəbər verib.

İlkin məlumatlara görə, Kiyevə getmək üçün İmam Xomeyni beynəlxalq aeroportundan havaya qalxan təyyarə qısa müddət sonra qəzaya uğrayıb. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.