ATƏT DTİHB Azərbaycanda müşahidə aparacaq

0
33

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda parlament seçkilərini müşahidə missiyasına başlayıb.

ATƏT DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri səfir Piter Teyler bununla əlaqədar yanvarın 7-də Bakıda mətbuat konfransı keçirib.

Piter Teyler bildirib ki, ATƏT DTİHB-nin müşahidə missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar hökumətin müraciəti əsasında bu ölkəyə gəlib. Azərbaycan ATƏT-ə üzv ölkə kimi rəsmi olaraq Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna müraciət göndərib ki, seçkilərdə müşahidə aparsın. Bu müraciətə əsasən, missiya dekabrın ortalarında seçki mühitini dəyərləndirmək üçün Azərbaycana gəlib. Seçkiləri müşahidə missiyasına əsas heyətdən əlavə uzunmüddətli və qısamüddətli müşahidəçilər də cəlb olunacaq.

“ATƏT DTİHB artıq 11-cı dəfədir ki, Azərbaycanda müşahidə aparacaq. İndiyə qədər Azərbaycanda seçki prosesində iştirak edən qurumlarla konstruktiv əməkdaşlıq etmişik və ümidvarıq ki, bu dəfə də konstruktiv mühitdə əməkdaşlıq edəcəyik”, – deyə o əlavə edib.

Diqqətə çatdırılıb ki, missiyaya 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi cəlb olunacaq.