İraqda matəm elan olunub

0
84

İraqın Baş Naziri vəzifəsini icra edən Ədil Əbdül Mehdi general Qasım Süleymaninin ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

AZƏRTAC xəbər verir ki, generalı son mənzilə yola salmaq üçün Bağdadda keçirilən mərasimdə minlərlə insan iştirak edib.
Generalın nəşi Kərbəlaya, sonra isə Nəcəfə gətiriləcək və bu şəhərlərdə vida mərasimləri təşkil olunacaq. Daha sonra cənazə İranın Məşhəd şəhərinə gətiriləcək və burada da vida mərasimi keçiriləcək. Generalın vəsiyyətinə uyğun olaraq o, Kirman şəhərində dəfn ediləcək.
Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi və Prezident Həsən Ruhani general Q. Süleymaninin evinə gedərək, onun ailə üzvləri yaxınlarına baş sağlığı veriblər. Ali Rəhbər və Prezident bəyan ediblər ki, general haqq işi uğrunda şəhid olub və onun qanı yerdə qalmayacaq.