Məqsəd sağlamlıq imkanları məhdud uşaqlara dəstəkdir

0
158

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Mingəçevir şəhərində icma əsaslı sosial resabilitasiya mərkəzinin fəaliyyitənin təşkilinə start verildi.

Fəaliyyət 2 ay müddətində nəzərdə tutulmuşdur. Təşşəbbüsün əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla digər qəbildən olan uşaqların birgə inteqrasiyasından, icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsinə könüllülərin cəlb edilməsindən, onların sosial iş sahəsində bilik və bacarıqlarının artırılmasından, sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsindən ibarətdir. Fəaliyyət çərçivəsində müxtəlif maarifləndirici və əyləncəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Fəaliyyətin  “Musiqi və əyləncə” mövzusunda növbəti tədbiri baş tutdu. Tədbirin əsas mövzusu sağlamlıq imkanları məhdud uşaqların musiqi və rəqs qabiliyyətlərinin aşkarlanması və onlarla əyləncəli oyunların təşkilindən ibarət idi. Tədbirdə fəaliyyətin koordinatoru Leyla Əmiraslanova və pedaqoq Aytac Abdullayeva çıxış edərək tədbir iştirakçılarını salamladılar, onları Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdilər. Tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar rəqslər nümayiş etdirdilər, şeirlər söylədilər.

Esmira Hidayətova, Mingəçevir