Mingəçevirdə Yeni il gecəsi 5 oğlan uşağı dünyaya gəlib

0
262

Mingəçevir Mərkəzi xəstəxananın doğum şöbəsində Yeni il gecəsi 5 oğlan uşağı dünyaya gəlib. Onlardan ikisi əkizdir. Bu barədə  saytımıza məlumat verən xəstəxananın həkimi Nazilə Nürəddinqızı bildirdi ki, 2020-ci ilin ilk günü gecə saat 12-dən  sonra  5 oğlan uşağı dünyaya gəlib: ”Onlardan ikisi əkizdir. Hazırda anaların və uşaqların vəziyyəti kafidir, qidalanmaları da kafidir”.

7 ildən sonra yeni ildə  ailəyə iki oğlan uşağı bəxş edən əkizlərin anası Günay Mikayılova bizə  məlumat verərək bildirdi ki, 7 il idi ki, övladı olmayıb. 2020-ci ilin ilk günü iki əkiz oğlan dünyaya gətirmişəm. Çox sevincliyəm, uşaqların da vəziyyəti yaxşıdır. Ailəmə Yeni ildə bu şirinləri bəxş etdiyim üçün çox sevincliyəm”.

Esmira Hidayətova, Mingəçevir