Futbol komandası da körpələri təbrik etdi

0
427

“Energetik” futbol komandası  və “Zona 45”  fanklub azarkeş qrupu  Mingəçevirdə yerləşən ”Uşaq və ailəyə dəstək” mərkəzində xüsusi qayğıya ehtiyacı  olan uşaqları bayram münasibəti ilə təbrik ediblər.İlk öncə komandanın rəhbərliyi və komandanın oyunçuları mərkəzdə müalicə alan uşaqlara bayram hədiyyələri təqdim ediblər. Daha sonra üzərində komandanın loqosu olan tort kəsilib. Komandanın oyunçuları uşaqlarla rəqs edib əyləniblər. Onlarla xatirə şəkili çəkdiriblər. Bu gəlişdən məmnun olan mərkəzin direktoru Aygün Fərruxova komandanın bütün üzvülərinə minnətdarlığını bildirib.

Esmira Hidayətova, Mingəçevir