Bibiheybət yolu sabah açılacaq

0
56

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, hazırda 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün işlər aparılır, yol asfaltlanır. Asfalt-beton örtüyünün döşənməsinin dekabrın 30-da gecə saatlarında yekunlaşdırılması, dekabrın 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşdırılması nəzərdə tutulur.

Dekabrın 31-i, günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır.

Ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa olunur, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin birinci rübündə yekun vurulması nəzərdə tutulub.